I Pyotr 1722-ci ilin yayında Həş-
tərxandan iki istiqamətdə - quru və
dəniz yolu ilə yürüşə başladı.
Dərbəndin Rusiya tərəfindən tutulması. 1722-ci ilin avqustunda Rusiya qoşunu Dərbənd şəhərinə daxil oldu. Şəhərin naibi İmamqulu bəy Dərbənd qalasının açarını I Pyotra təqdim etdi. Şəhərdə işğalçılara müqavimət tərəfdarları da vardı. Onlar hətta I Pyotra qarşı sui-qəsd də hazırlamışdılar, ancaq qəsdin üstü açıldı, başçıları həbs olundu.
“Dərbəndnamə” müəllifinin qələmə aldığı bu əhvalata münasibətinizi bildirin.