Şirvana Osmanlı qoşununun yeridilməsi həm də Rusiyanın cənub sərhədlərini təhlükə altına salar və onun şərq ticarətinə ağır zərbə endirərdi. Bütün bunlar I Pyotru Xəzər dənizi hövzəsinə yürüşə tələsməyə vadar etdi. I Pyotr guya onunla dostluq münasibətində olan şaha kömək bəhanəsi ilə Şirvana qoşun çəkməyi qərara aldı.
I Pyotrun “Manifest”i*. Hərəkətə başlamazdan əvvəl I Pyotr Xəzərboyu əyalətlərə yürüşünün səbəbini əsaslandırmaq məqsədilə 1722-ci ildə müxtəlif dillərdə “Manifest” çap etdi və rus ordusunun hərəkət edəcəyi istiqamətdə yerləşən şəhər və kəndlərin sakinləri arasında yaydı. “Manifest”də yürüşün əsl səbəbi kimi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərini himayə etmək, Rusiyanın dost saydığı Səfəvi şahına qarşı çıxan üsyançıları cəzalandırmaq göstərilirdi. Azərbaycan dilin-