Şirvanda baş verən hadisələrin I Pyotrun planlarına təsiri. I Pyotrun qarşıdakı hərbi yürüş üçün düşündüyü tədbirlərdən biri Şirvanda rus konsulluğunu açmaq idi. Rus tacirlərinin arzu və marağı nəzərə alınaraq Şamaxıda Rusiya konsulluğunun açılması barədə razılıq əldə edildi, ancaq Şirvanda baş verən üsyan qərarın həyata keçirilməsinə mane oldu.
Rusiyanın şərq siyasətində Şirvan mühüm əhəmiyyət kəsb edirdi. Şirvan üsyanından əvvəl Peterburqda “Şamaxı ekspedisiyası” adlanan yürüş barədə sənəd də tərtib olunmuşdu. Şirvan üsyanı qələbə çaldıqdan sonra I Pyotr həm yürüşün adını, həm də istiqamətini dəyişdirməli oldu. Hacı Davudla Osmanlı sultanı arasındakı anlaşma, Osmanlı imperiyasının Cənubi Qafqaza qoşun yeritmək istəməsi Rusiyanın Xəzəryanı