Rusiya dövləti Şamaxıda rus tacirlərini qarət edən üsyançıları cəzalandırmaq bəhanəsi ilə Azərbaycanın Xəzərsahili vilayətlərinə yürüşə hazırlaşmağa başladı.
Hacı Davud yürüşünü davam etdirdi, lakin onun Dərbənd və Bakı qalalarına edilən hücumları uğursuz oldu. Hacı Davudun dəstələri Gəncəni mühasirəyə alsa da, şəhəri tuta bilmədi.
Osmanlı dövlətinin Hacı Davudu himayə etməsi. Hacı Davud özünə arxa tapmaq məqsədilə Rusiyanın rəqibi olan Osmanlı imperiyasına müraciət etdi. O, hərbi kömək istəməklə bərabər, Osmanlı dövlətinin himayəsini də qəbul etmək istədiyini bildirdi. Osmanlı sultanı müraciəti müsbət cavablandırdı. Sultan fərman göndərib Hacı Davuda xan titulu verdi və onu Şirvanın hakimi kimi tanıdı.
Tənəzzül səbəbləri | Sizin proqnozlarınız |
1. Ticarətin zəifləməsi
2. Pul böhranı 3. Şəhərlərin iqtisadi tənəzzülü 4. Dövlət idarəçiliyinin böhranı |