Dövlət idarəçiliyindəki böhran. Bunun səbəbi dövlət aparatındakı vəzifəli şəxslərin rüşvətxorluğu, fırıldaqçılığı idi.
Səfəvi dövlətinin tənəzzülünün xarici səbəbləri isə
aşağıdakılar idi:
— Hindistana dəniz yolunun kəşfi nəticəsində XVII əsrdən etibarən Azərbaycandan keçən İpək yolu öz əhəmiyyətini itirirdi.
— Avropada yüksək keyfiyyətli və ucuz başa gələn manufaktura məhsulları istehsalının artması Azərbaycanın sənətkarlıq məhsullarına olan tələbatını getdikcə azaldırdı.
Səfəvi sarayının iqtisadi tənəzzüldən çıxmaq cəhdləri. Şah Süleymandan sonra taxta çıxan Şah Sultan Hüseyn (1694—1722) və saray əyanları dərinləşməkdə olan böhranın qarşısını almaq üçün yollar axtarırdılar. Onlar boşalmış dövlət xəzinəsini doldurmağın əsas yolunu vergi və mükəlləfiyyətləri artırmaqda görürdülər.
Bu fakt əsasında Şah Sultan Hüseynin tədbirini necə qiymətləndirirsiniz?