Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi,
milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı
bizim milli ideologiyamızın böyük bir hissəsidir,
böyük bir qoludur.
Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə,
milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən
bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim
öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək
uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi
irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü
Azərbaycan qururuq.