Tətbiqi incəsənət və memarlıq. XVI—XVII əsrlərdə saray emalatxanalarında “ali” və “zərli” adlanan parçalar toxunurdu. Bu parçalar qızıl və gümüş saplarla toxunduğu üçün dünya bazarlarında baha satılır, qızıla bərabər tutulurdu. Xalçaçılar naxışlı xalçalarla yanaşı, məişət səhnələri və ovçuluqla bağlı süjetli xalçalar da toxuyurdular.
Bu dövrdə Abşeron, Şamaxı, İrəvan, Dərbənd, Naxçıvan, Şəki, Gəncə və digər bölgələrdə çoxlu ictimai binalar — karvansaralar, hamamlar, məscidlər inşa edilmişdi. Suraxanıdakı atəşpərəst abidəsi “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılırdı. Gəncədəki Şah Abbas məscidi, Nardaranda tikilmiş məscid XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir.
Şah I Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən örtülü bazar Azərbaycan memarlığının nadir nümunələrindən sayılır. Ordubad şəhərinin mərkəzində yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin iqtisadi həyatında mühüm rol oynamışdır.
Təhsil və elm | Ədəbiyyat | İncəsənət və memarlıq |