Azərbaycan torpaqlarında gedən
Səfəvi-Osmanlı müharibələri xalqın
mədəni həyatına ağır zərbələr vurmuş,
elm və maarifin inkişafında ləngimələrə
səbəb olmuşdu.
Azərbaycan türkcəsinin Səfəvi dövlətində yeri. Azərbaycan türkcəsini ictimai həyatın bütün sahələrində yayan, dövlət dili səviyyəsinə qaldıran Şah I İsmayıldan sonra da Səfəvi dövlətində Azərbaycan türkcəsi ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da yüksək mövqeyə malik idi, sarayın və qoşunun işlək dili olaraq qalırdı.
XVII əsrdə Səfəvi dövlətinə gəlmiş Avropa səyyahları — Pietro della Valle, Adam Oleari, Jan Şarden Azərbaycan türkcəsinin Səfəvi sarayında rəsmi dil olması haqqında məlumatlar vermişdilər.
Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi S.Əliyarlı). Bakı, 2007