Azərbaycanla Hindistan arasında geniş ticarət əlaqələri davam edirdi. Hindlilərin Azərbaycanda ticarət məskənləri var idi. Azərbaycandan Hindistana çoxlu xam ipək, ipək parça, qara və ağ neft, zəfəran aparılırdı. Hindistandan isə Azərbaycana müxtəlif cür ədviyyat məhsulları gətirilirdi.