XVII əsrdə Azərbaycan cəmiyyətində əsas istehsalçı qrup olan kəndlilər də üç təbəqəyə bölünürdü:
Bu dövrdə Azərbaycanda irili-xırdalı 35-ə qədər vergi növü vardı. Malcəhət əsas vergi idi. Dövlət iqtisadi cəhətdən zəifləyib müflisləşdikcə malcəhətin həcmi də artırdı.
İnzibati idarəetmə. XVII əsrin ikinci yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Şirvan, Qarabağ, Təbriz, Çuxursəəd bəylərbəyiliklərinə bölünürdü. Bəylərbəyilik əhalidən vergi toplayır, öz gəliri hesabına qoşun saxlayırdı. Məhkəmə orqanları şəriət qaydaları əsasında fəaliyyət göstərirdi. Bəylərbəyilikdə vəzir maliyyə işlərini yerinə yetirirdi. Səfəvi dövlətində idarəçilikdə irsilik prinsipi həyata keçirilirdi.
Rəhimə Dadaşova. “Səfəvilərin son dövrü”, səh. 4-5, 8.