Təsərrüfat həyatı müharibədən
sonra canlandı, insanların rifah halı
qismən düzəldi. Dövrün çətinlikləri
sənətkarlığın, ticarətin inkişafına
mənfi təsir göstərsə də, inkişafın qar-
şısını ala bilmədi. Şəhərlər böyüyür,
İqtisadi həyatın canlanması. Səfəvi və Osmanlı müharibələrinin başa çatması ilə Azərbaycanda sakitlik yarandı, təsərrüfat həyatı dirçəlməyə başladı. Şah II Abbasın (1642—1666) hakimiyyəti dövründə Səfəvi dövlətinin sosial-iqtisadi inkişafım təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi. Şah taxta çıxan kimi rəiyyət və sənətkarların dövlət xəzinəsinə olan bütün vergi borclarını ləğv etdi.
Əkinçilik təsərrüfatının inkişafına diqqət artırıldı. Daxili və xarici ticarətin canlanması üçün önəmli addımlar atıldı.
Əhalinin vəziyyəti. Səfəvi dövlətində bütün əhaliyə qayğı və diqqət göstərilirdi. Təbəələrə qarşı ədalətli siyasət yürüdülür, əhalinin ərizə və şikayətlərinə dərhal şahın yanında fəaliyyət göstərən ədalət divanında baxılırdı. Şah II Abbas tez-tez sadə