Şah həzrətləri həm öz adından, həm də öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir.
Şah həzrətləri Rusiya İmperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, həm də öz vərəsələri və taxt-tacın varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər, həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
Şah həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür.
Rusiya tacir gəmiləri əvvəlki qayda üzrə Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər, onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında onlara hər cür kömək edilməlidir. Bu üsulla şah hökumətinin ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə qədimdə olduğu kimi, yalnız Rusiya hərbi