Mən, şuşalı və qarabağlı İbrahim xan, Əlahəzrət İmperatorun yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan Əlahəzrət İmperatorun Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın Əlahəzrət İmperator tərəfindən təsdiqi zamanı birinci hissənin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa, Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.
Əlahəzrət İmperator özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-alilərinin (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
Şah həzrətləri Əlahəzrət Rusiya İmperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də Şahənşahın Ali Vəliəhdləri adından Qarabağ və indi Yeliza- vetpol adı ilə əyalətə çevrilmiş Gəncə xanlığı, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Lənkəran (bu xanlığın Rusiya imperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər, Dağıstan, Gürcüstan (Şuragəl əyaləti ilə birlikdə), İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya imperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir...