Mən, şuşalı və qarabağlı İbrahim xan, öz adımdan, varislərim və vəliəhdlərim adından hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olan hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bildirirəm ki, mən özüm və varislərim üzərində Rusiyanın və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm.
Mən, şuşalı və qarabağlı İbrahim xan, mənim və varislərimin Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi (rus qoşunlarının baş komandanı) ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, bu məktublardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.
Əlahəzrət İmperator şuşalı və qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin