Ümumiyyətlə, Qarabağın alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi uzun sürən tarixi proses olub aşağıdakı mərhələlərdən keçmişdir:Ümumiyyətlə, Qarabağın alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi uzun sürən tarixi proses olub aşağıdakı mərhələlərdən keçmişdir:
1. Hələ Albaniya dövləti yarandığı zaman Cənubi Qafqazda erməni tayfaları yox idi. Albaniya dövlətinin Ərsak - indi Qarabağ adlandırılan ərazisində müxtəlif türksoylu tayfalar yaşayırdılar. I—III əsrlərdə Albaniyanın bəzi yerlərində, o cümlədən indiki Qarabağ ərazisində xristian dini yayılmağa başladı, ilk xristian icmalan formalaşdı. Alban kilsəsi Qafqazda, eləcə də bütün dünyada ən qədim kilsələrdən sayılır.
VII əsrdə Cənubi Qafqaz uğrunda Ərəb xilafəti və Bizans arasında rəqabət başladı. Ərəb xilafəti uzunmüddətli müharibələrdən sonra Azərbaycanı ələ keçirdi, ölkəmizdə İslam dinini yaymağa başladı, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristian olaraq qaldılar. VIII əsrin əvvəllərində iqamətgahı Anadoluda (Kiçik Asiyada) olan erməni-qriqorian katolikosu ərəb xəlifəsinə məktub yazaraq ona tabeliyini bildirdi və eyni dinə mənsub olduğu alban katolikosunun Bizans imperatoru ilə gizli ittifaq bağladığı haqqında xəbərçilik etdi. Ərəb xəlifəsi buna cavab olaraq alban kilsəsini erməni-qriqorian kilsəsinə tabe etdi. Bundan sonra erməni-qriqorian kilsəsi onu müdafiə edən xilafətin siyasi himayəsindən istifadə edərək alban kilsəsinə qarşı təzyiqləri artırdı. Öncə alban dilində olan dini və digər tarixi sənədlər çoxlu təhrif və saxtalaşdırmalarla erməni dilinə tərcümə edildi, ardınca yerli xristian albanların qriqorianlaşdırılması və bu yolla tədricən erməniləşdirilməsi prosesi başlandı. Bu zaman öz alban kimliyini saxlamaq üçün xristian əhalinin çoxu İslamı qəbul edərək Azərbaycan xalqı ilə qaynayıb- qarışdı. Qarabağın dağlıq hissəsində yaşayan xristian-alban əhalisi isə öz dini əqidələrini qoruyub saxlamağı üstün tutdu. Erməni-qriqorian missionerləri* bu əhalinin qriqorianlaşdırılması üçün uzun müddət ərzində davamlı təbliğat aparmışdılar.