Ərdəbildə yerləşən zəngin Şeyx Səfi kitabxanası XVIII əsrdə də öz şöhrətini qoruyub saxlayırdı. Bu kitabxanadan tələbələr həvəslə istifadə edirdilər.
Elm. Bu dövrdə elm tarixində iz qoyan görkəmli alimlər yetişmişdir. Coğrafiya sahəsində Hacı Zeynalabdin Şirvanı görkəmli alim idi. O, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində 40 il səyahət etmiş, Asiya, Avropa və Afrika qitələrini, Hind və Atlantik okeanlarını gəzib dolanmışdı. “Səyahət bağı” və “Səyahət gülzarı” əsərlərində gəzdiyi ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası,
Tarixçi Əbdürrəzaq bəy Dünbuli Qacarlar dövlətinin hökmdarı Fətəli şah dövründən bəhs edən “Məasiri-sultaniyyə” (“Sultan abidələri”) əsərini yazmışdır. Bu əsərdə XVIII əsrin
Hacı Çələbi xanın hakimiyyəti dövründə baş verən hadisələr haqqında şəkili şair Nəbinin yazdığı tarixi mənzumə çox maraqlı idi.
Azərbaycan alimləri ərəb dilində də bütün müsəlman aləmində yüksək qiymətləndirilən əsərlər yaradırdılar. XVIII əsrin sonunda Dəməşqin və Hələbin təhsil ocaqlarında beş nəfər dərbəndli alim ilahiyyatdan və müsəlman hüququndan dərs deyirdi.
Ədəbiyyat. XVIII əsrin ikinci yarısında yaşamış, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Molla Pənah Vaqif gözəl lirik şeirlər yazmaqla yanaşı, yaxından bələd olduğu feodal cəmiyyətindəki eybəcərlikləri də ifşa etmişdir. İctimai-siyasi