XVIII əsrdə və XIX əsrin əvvə-
lində yadelli hücumları, feodal da-
ğınıqlığı və ara müharibələri mədə-
niyyətin inkişafını xeyli ləngitdi.
Təhsil müəssisələri üçün istifadə
olunan vəqf torpaqları feodallar
Təhsil. Bu dövrdə ibtidai təhsil almaq üçün yaradılmış məktəblər məscidlərdə və şəxsi evlərdə fəaliyyət göstərirdi. Belə məktəblər orada dərs deyən müəllimlərin adı ilə adlandırılırdı. Şuşada Molla Pənah Vaqif məktəbi, Qazaxda Molla Vəli Vidadi məktəbi xüsusilə məşhur idi. Məktəblərdə, adətən, bir müəllim olurdu. Uşaqlar altı yaşından məktəbə gedirdilər. Məktəbdə şagirdlər yerdəki həsir üzərində 6—8 saat oturub dərs keçirdilər. “Qurani- Kərim” əsas dərs vəsaiti hesab olunurdu. Yoxsulların öz uşaqlarına təhsil vermək imkanı yox idi, ona görə də kiçik yaşlarından öz peşələrini onlara öyrədirdilər. Varlı şəxslər övladlarına öz evlərində dərs demək üçün müəllim tuturdular.
Ali tədris müəssisəsi kimi mədrəsələr fəaliyyət göstərirdi. Burada tələbələr həm dini, həm də dünyəvi təhsil alırdılar. Mədrəsə binasında dərs otağı və tələbələrin yaşadıqları otaqlar vardı. Tələbələr əsas vaxtlarını gözəl xəttə — hüsnxətə sahib olmaq üçün sərf edirdilər. Mədrəsələr vəqf torpaqlarından gələn gəlir hesabına saxlanılırdı. Mədrəsələri bitirənlər xüsusi vəsiqə (şəhadətnamə) alırdılar.