Türkmənçay müqaviləsi Rusiyanın Qafqazdakı strateji mövqeyini möhkəmləndirdi, onun qonşu ölkələrdə siyasi və iqtisadi təsirinin daha da genişlənməsinə zəmin yaratdı.
Müharibə nəticəsində Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Vahid xalq bölündü və onların hər biri bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoymağa məcbur edildi.
Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə o demək idi ki, Azərbaycan yalnız Rusiya sənayesi üçün xammal ixrac edən ölkəyə çevriləcəkdi.
Beləliklə, Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi.