Rusiya Qacarlar dövlətində istədiyi şəhərdə özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququna malik idi. Şah dövləti Rusiyaya hərbi təzminat ödəməli idi.
Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə də var idi. Bu maddə müqaviləyə Qacarlar dövləti ərazisindən erməniləri Şimali Azərbaycan torpaqlarına köçürmək üçün daxil edilmişdi. Bunun nəticəsində ermənilər kütləvi surətdə Naxçıvan, Qarabağ və İrəvan xanlıqlarına köçürülməyə başlanıldı.