Paskeviçin yazdığı kimi, İrəvan vilayətində 10 min müsəlman
(azərbaycanlı - red.) və ancaq 3 min erməni ailəsi
var idi. Ermənilər rus qoşununa hər cür yardım
göstərirdilər. Qala divarları üstündə görünən ermənilər
papaqlarını yellədərək işarə edirdilər ki, təslim olurlar.
Onlar xəyanət edərək qalanın şimal darvazalarını açdılar və
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar.