Aleksey Yermolovun Qacar sarayına səfəri. 1817-ci ildə Rusiya Yermolovun başçılığı ilə Qacar sarayına nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə Rusiya ilə Qacarlar dövləti arasında dostluq və tərəfdaşlıq əlaqələri haqqında müqavilə bağlamaq səlahiyyəti verilmişdi.
Şahzadə Abbas mirzə rus nümayəndə heyətinin gözünü qorxutmaq məqsədilə onların qarşısına yeni qurulmuş ordusundan bir hissə göndərmişdi. Yermolovu yolboyu ingilis zabitləri müşayiət edirdi.
Yermolov Qacarlar sarayında soyuq qarşılandı. Tərəflərin görüşündə ingilis səfiri də iştirak edirdi. Elə ilk danışıqlarda şah tərəfi Gülüstan müqaviləsinə görə Rusiyanın işğal etdiyi torpaqların qaytarılmasını tələb etdi. Qacarların müharibəyə hazırlaşdığına əmin olan general Yermolov səfərini başa çatdırıb geri qayıtdı.
Qacarlar dövləti müharibədə Osmanlı dövlətindən kömək almağa ümid edirdi. 1823-cü ildə onlar arasında müqavilə bağlandı. İngilislərin köməyilə Cənubi Qafqazda kəşfiyyat işləri təşkil edildi. Bunda məqsəd müharibənin başlanması ilə yerli əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi. 1825-ci ilin sonunda imperiyada baş verən siyasi gərginlik və Dekabristlər üsyanı çar hökumətini ehtiyatlı davranmağa məcbur etdi. Belə bir şəraitdə