Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə
Xəzər sahilləri yaxınlığında üzmək və sahilə
yan almaq hüququ verilir. Həm də gəmi qəzası
zamanı dostluq köməyi edilməlidir.
|
|
Rus tacirlərindən Qacar dövlətinin şəhərlərinə
və ya limanlarına gətirdikləri mallara görə
beş faizdən çox gömrük alınmasın və həmin
tacirlər bu mallar ilə hara gedirlərsə
getsinlər, onlardan ikinci dəfə gömrük tələb
olunmasın.
|
|
İndiyədək Rusiya imperiyası və Qacar dövləti
arasında mövcud olmuş düşmənçilik və
narazılığa Gülüstan müqaviləsi ilə bu gündən
etibarən və gələcəkdə son qoyulur.
|
|
Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla,
bütün Şimali Azərbaycan xanlıqları — Gəncə,
Şəki, Qarabağ, Quba, Bakı, Lənkəran Rusiyaya
ilhaq edilir.
|
|
Naxçıvan və İrəvan xanlıqları, Araz çayından
cənubdakı bütün Azərbaycan xanlıqları Qacarlar
dövlətinin tərkibinə qatılır.
|
|
Rusiya imperatoru şahənşaha öz qarşılıqlı
dostluq hisslərini ifadə etmək üçün vəliəhdə,
lazım gəldikdə, kömək göstərməyi vəd edir ki,
heç bir xarici düşmən Qacarlar dövlətinin
işinə qarışa bilməsin və Qacar sarayı
möhkəmlənsin.
|