Gülüstan müqaviləsi Azərbaycanın şimal ərazilərinin (Naxçıvan və İrəvan istisna olmaqla) çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanması ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatdı.
Gülüstan müqaviləsindən sonra şah hökuməti Azərbaycanın cənub əyalətlərində Maku, Urmiya və s. kimi güclü xanlıqlardan başqa, qalanlarını ləğv etdi. Əyalətdə vali vəzifəsindən tutmuş, vilayət hakimlərinədək şəxslər mərkəzdən göndərilməyə başladı.
Fətəli şah zamanından onun hakimiyyəti altında olan Azərbaycan əraziləri “vəliəhd əyləşən yer”, Təbriz isə “səltənət evi” əhəmiyyəti daşıyan ikinci paytaxt rolunu oynamağa başladı.