1813-cü il oktyabrın 12-də Qarabağda, Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Gülüstan müqaviləsinə görə, şah dövləti Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı, Dərbənd və Lənkəran xanlıqlarının ərazisinin Rusiya tərəfindən işğalını tanıdı. İrəvan və Naxçıvan xanlıqları Fətəli şahın hakimiyyəti altında qaldı. Qacarlar Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququnu tanıdı. Qacarlar dövlətinin ərazilərində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu.