Həmin ilin yayında Rusiya ilə Fransa arasında müharibə başlandı. Abbas mirzə Rusiyanın əsas qüvvələrinin Napoleona qarşı yönəldilməsindən istifadə etmək istədi və bir sıra hərbi əməliyyatlar keçirdi. O, ilk növbədə, rusları Qarabağdan qovub çıxarmağı düşünürdü, lakin Abbas mirzənin bu planı həyata keçmədi. Onun hərbi qüvvələri Aslandüz yaxınlığında ruslar tərəfindən məğlub edildi.
Abbas mirzənin bu məğlubiyyətindən sonra rus komandanlığı öz qoşunlarına şahzadənin qoşununu Lənkəran xanlığından sıxışdırıb çıxarmağı əmr etdi. Xəzər donanması da bu məqsədlə Lənkəran sahillərinə göndərilmişdi. Rusların Lənkəran qalasını təslim etmək barədə dəfələrlə etdiyi təklif qəti şəkildə rədd olundu.
Ruslar dekabr ayında Araz çayını keçib Muğan istiqamətində irəlilədilər. Lənkəran xanlığı ərazisinə daxil olan rus qoşunları ciddi müqavimətə rast gəldilər. Lənkəran qalası