Osmanlı dövləti 1806-cı ilin so-
nunda Rusiyaya müharibə
elan et-
di. Şah öz qüvvələrini Osmanlılarla
birləşdirib hərbi əməliyyatları
genişləndirmək niyyəti ilə Azər-
baycana gəldi.
Rusiyanın Lənkəran xanlığını işğal etməsi. Şah hökuməti İngiltərədən yardım alaraq, barışıqdan imtina edir və fəal surətdə hücuma hazırlaşırdı. İngilislər Fətəli şahı inandırırdılar ki, Rusiyanın vəziyyəti xeyli mürəkkəbdir, Napoleon Rusiya üzərinə hücuma hazırlaşır, ona görə də çar hökuməti qoşunlarını Cənubi Qafqazdan qərbə göndərir.
İngilislərin bu cür təbliğatı Fətəli şahı ruslara qalib gələcəyinə inandırmışdı. Şah yeni müharibədə dini amildən də istifadə etmək istəyirdi. Bu məqsədlə ruhanilərin başçısını çağırıb ruslara qarşı cihad — “müqəddəs müharibə” barəsində fətva verməyi tapşırdı. Təbrizdə ali ruhanilər moizəçilərin böyük qrupunu topladı və onlara təlimat verib Cənubi Qafqazın müxtəlif yerlərinə göndərdilər.
1812-ci ilin əvvəllərində hərbi əməliyyatlarda da şah ordusu uğur qazandı. Abbas mirzənin ordusu Qarabağda, Sultanbud yaxınlığında rus qoşununu məğlubiyyətə uğratdı. Bu qələbə şah əsgərlərinin döyüş ruhunu yüksəltdi.