Azərbaycan tarixi, IV cild
Hüseynqulu xan rusların təklif etdiyi şərtləri qəbul etdiyini və Bakının açarlarını şəxsən təqdim etmək üçün qaladan çıxıb Sisianovla görüşmək istədiyini bildirdi. Görüş zamanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy Sisianovu öldürdü. Sisianovun ölüm xəbəri rus qoşununun Bakıya hücumunu təxirə saldı.
Şahzadə Abbas mirzə yaranmış vəziyyətdən istifadə etmək istədi. Qacar qoşunu yenidən fəallaşdı, lakin Abbas mirzənin səylərinə baxmayaraq, ruslar mövqelərini əllərində saxlaya bildilər. Bundan sonra rus komandanlığı Azərbaycanın şimalındakı digər ərazilərin işğalını davam etdirdi.
Dərbənd, Bakı və Quba xanlıqlarının işğalı. 1806-cı ildə rus qoşunları Quba xanına tabe olan Dərbəndi tutub Bakıya yönəldi.