olduğunu görüb Rusiya təbəəliyinə keçməyə hazır olduğunu bildirdi. 1805-ci
ilin sonunda Şamaxı xanı ilə müqavilə imzalandı.
Şamaxı xanlığı digər xanlıqların arasında mərkəzi mövqe tuturdu.
Bu baxımdan onun ərazisi böyük iqtisadi, siyasi və hərbi-strateji
əhəmiyyətə malik idi. Şamaxı xanlığının tabe edilməsi ilə
Azərbaycanın bütün şimal ərazilərini ələ keçirmək asanlaşdı.
1.
Azərbaycanın hakim dairələrinin Rusiya və Qacarlar
dövlətlərinə olan münasibətini araşdırın.
2.
Kürəkçay müqaviləsinin şərtlərinə uyğun cədvəl qurun.
3.
1805-ci ilin hərbi əməliyyatlarına aid sxem qurun.
4.
Mətnə əsasən Rusiya-Qacarlar müharibəsində Azərbaycan
xalqının məruz qaldığı zorakılıq və ədalətsizliyi
müzakirə edin.
5.
Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.