Ruslar Zəyəm yaxınlığındakı Qacarlar ordusunun düşərgəsinə hücum etdilər. Bu hücum zamanı Abbas mirzə yaralandı və ordusuna geri çəkilmək əmri verdi. Qacar qoşunlarının 1805-ci ilin yayında hərbi əməliyyatlardakı uğursuzluğu nəticəsində rus ordusu Azərbaycanda mövqelərini möhkəmləndirdi.
Şamaxı xanlığının işğalı. Qarabağ və Şəki xanları ilə müqavilə bağlayan Sisianov Şirvanlı Mustafa xandan da Rusiya təbəəliyinə keçməyi tələb etdi. Mustafa xan öz şərtlərini irəli sürərək, bu şərtlərin qəbul olunacağı halda Rusiya təbəəliyinə keçəcəyini bildirdi. Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması şərtini qoyur, illik bac verməkdən boyun qaçırır, daxili idarədə müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi.
Mustafa xanın irəli sürdüyü şərtlərlə razılaşmayan Sisianov Şamaxı üzərinə yürüş etdi. Müqavimət üçün kifayət qədər hərbi gücə malik olmayan Mustafa xan vəziyyətin çıxılmaz