Gəncənin müdafiəsində yerli əhali ilə bərabər, qonşu Azərbaycan xanlıqlarından gəlmiş dəstələr də fəal iştirak etmişdilər. Hətta Qarabağ xanı Gəncənin müdafiəçilərinə iki top göndərmişdi.
İşğaldan sonra Gəncə xanlığı ləğv olundu, şəhərin adı dəyişdirildi və rus çarı I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı.
Gəncəni tutmaqla Rusiya Azərbaycanın digər ərazilərini işğal etmək üçün imkan qazandı.
Nağı bəy Şeyxzamanlı, “Xatirələr” kitabı əsasında