Sazişin şərtlərinə görə, camaat rus qoşunlarını öz ərazisində yerləşdirməli, çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq girov (əmanət) verməli idi. Car-Balakən daxili müstəqilliyini saxlayırdı. Öhdəliyi imzalasalar da, carlılar itaət şərtlərini yerinə yetirmədilər. 1804-cü ilin yanvarında ruslar yenidən hücum edib Carı yandırdılar.
Bundan sonra rus qoşunu Zaqatalaya doğru yeridi. Zaqatala yaxınlığındakı dərədə carlılar onların üzərinə hücum etdilər. Qanlı döyüşdə carlılar qələbə qazandılar, rus qoşununa başçılıq edən general Qulyakov öldürüldü. Salamat qalmış rus əsgərləri Muxax kəndinə geri çəkildilər.
Azərbaycan tarixi, IV cild
Carlılar rus qoşunlarına müqavimətin yeni, daha ağır itkilərə səbəb olduğunu görərək mübarizəni dayandırdılar. Car-Balakənin işğalından sonra qonşu İlisu sultanlığı da Rusiya tabeliyini qəbul etdi.
Gəncə xanlığının işğalı. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi.
1803-cü ilin noyabrında Sisianov Şəmkirə çatıb, oradan Cavad xana məktub göndərdi: “Gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutam. Hücuma başlamazdan əvvəl təklif etməliyəm ki, şəhəri döyüşsüz təhvil verəsiniz. Sizdən ikicə söz tələb edirəm,