Gürcüstanda quberniya yaratdıq-
dan sonra çar hökuməti
Gürcüstan
ərazisindən istifadə edərək Azərbay-
can barəsindəki
işğalçılıq planlarını
həyata keçirməyə başladı. Bu işin icra
edilməsi Qafqazdakı Rusiya qoşunla-
rının baş komandanı
təyin edilən ge-
neral Pavel Sisianova tapşırıldı.
Car-Balakənin və İlisu sultanlığının işğalı. Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək Azərbaycan barəsindəki işğal planlarını həyata keçirməyə başladı.
Car-Balakən camaatı Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Gürcüstandan gələn rus qoşunları Azərbaycanı tutmağa bu ərazilərdən başlayacaqdı. Ona görə də rus qoşunlarının komandanı Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi.
Rusiyanın himayəsini könüllü olaraq qəbul etmiş gürcü çarlığının hərbi dəstələri də rus qoşun hissələri ilə birləşmişdi. 1803-cü ilin yazında rus əsgərlərinin gürcü dəstələri ilə birgə hücumu Car-Balakəndə yerli əhalinin müqavimətinə rast gəldi. Qanıx (Alazan) çayı sahilində döyüş baş verdi. Əhalinin müqaviməti qırıldı, Balakən yandırıldı. Car işğal olundu. Car-Balakəndən səlahiyyətli nümayəndə heyəti Tiflisə, general Sisianovun yanına gedib Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə “Andlı öhdəlik” sənədi imzaladı.