Georgiyevsk müqaviləsi imzalandığı ilk günlərdən dəyərsiz bir
kağıza çevrildi. Azərbaycan xanlıqları tezliklə Qacarlar və
Osmanlı dövlətlərinin deyil, məhz çar Rusiyasının təcavüzünə məruz
qaldılar.
1.
Azərbaycanın Rusiya üçün hərbi-strateji əhəmiyyəti
ibarət idi?
2.
İngiltərə-Qacarlar ticarət müqaviləsinin siyasi
məqsədləri nədən ibarət idi?
3.
1802-ci ilin Georgiyevsk müqaviləsinin şərtləri nədən
ibarət idi? Sadalayın.
4.
XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici
vəziyyətini mürəkkəbləşdirən səbəblərə dair cədvəl
qurun.
5.
Azərbaycan torpaqlarının işğalının 1801-ci ildən
başlandığını əsaslandırın.
6.
Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.