XIX əsrin əvvəllərində çar Rusi-
yasının xarici
siyasətinin əsas isti-
qamətlərindən biri Cənubi
Qafqazın
işğalından ibarət idi. Çar Rusiyası
Cənubi Qafqazı xammal mənbəyinə,
Xəzər dənizini Rusiyanın daxili də-
nizinə çevirməyə
çalışırdı.
Rusiya və Qərbi Avropa dövlətlərinin Azərbaycanla bağlı planları. Cənubi Qafqazdakı mürəkkəb siyasi, iqtisadi və beynəlxalq vəziyyət Rusiyanın işğalçı planlarının həyata keçirilməsini asanlaşdırırdı. Feodal ara müharibələri və xarici işğalçıların basqınları Azərbaycanı zəiflətmişdi.
Rusiya Şimali Qafqazı hələ tam ələ keçirə bilməmişdi. Cənubi Qafqazın işğalı bu işi asanlaşdırar, dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait yarada bilərdi.