XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində abbası, tümən, qran, şahı adlanan mis və gümüş pullar zərb olunurdu. Pul zərb olunan emalatxana zərbxana adlanırdı. Şuşa şəhərində zərb olunan və “Pənahabadi” adlanan pul nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də işlənirdi.
Azərbaycan xanlıqlarında çəki və ölçü vahidləri müxtəlif idi. Demək olar ki, hər bir xanlığın özünəməxsus uzunluq ölçüsü və çəki daşları vardı. Bu isə həm xarici ölkələrlə, həm də ölkə daxilində ticarətin inkişafına ciddi maneçilik törədir və narazılığa səbəb olurdu.