Sənətkar sexləri əsnaf adlanırdı. Əsnaflar müxtəlif peşə və iş sahiblərini öz ətrafında birləşdirirdi. Şəhərlərdə toxucu, zərgər, dəmirçi, papaqçı, dulusçu, dərzi, tuluqçu və digər əsnaflar da var idi.
Şuşa şəhərində dəmirçi, qalayçı, başmaqçı, dabbağ əsnaflarının olması barədə məlumatlar vardır.
Bu məhəllə və küçələrin adları bizə hansı məlumatı verir?
‘Xətai ” kompozisiyası dünyada "Əjdahalı ” kimi tanınan xalça tipinə aiddir. Orta əsrlərdə bu cür xalçalar yalnız Azərbaycanda — Qarabağ və Şirvanda toxunur, Böyük İpək Yolu ilə xarici ölkələrə göndərilirdi.
Qədim Azərbaycan xalçalarının dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılması nəyin göstəricisidir?