Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Bakı və Təbrizdir.
Taxta və rəngli şüşələrin birləşdirilməsi ilə yaranan şəbəkə sənəti daha çox məscid, saray kimi memarlıq abidələrində istifadə edilirdi. Fiqurlarda yapışqan və mismardan istifadə olunmurdu. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilirdi. Şəbəkə sənətinin nümunələri Şəki xan sarayında və digər tarixi abidələrdə bu günə qədər qorunub saxlanılmışdır.
XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində sənətkarlar iki qrupa bölünürdü: sənətkar emalatxanalarının (birliklərinin) üzvləri və ev şəraitində fərdi əməklə məşğul olan sənətkarlar.