Kənd təsərrüfatının mühüm sahələrindən biri də maldarlıq idi. Maldarlıqla, əsasən, yaylaq-qışlaq həyatı sürən tayfalar məşğul olurdu.
Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrindən biri idi. Qarabağ atları qızılı rəngi, yaraşığı, dözümlülüyü və qaçışı ilə şöhrət qazanmışdı. İngilislər bu atlan hind süvari qoşunu üçün alırdılar.
Sənətkarlıq. Bəzi hallarda yerli feodallar idarə etdikləri ərazidə zəngin faydalı qazıntı yataqlarının mövcud olduğunu bildikləri halda, qonşu feodalların basqınından ehtiyat edərək bu yataqlardan istifadə etmirdilər.
Yerli hakimlər dağıdılmış şəhər təsərrüfatını, o cümlədən sənətkarlığı bərpa məqsədilə başqa şəhərlərdən öz şəhərlərinə usta və sənətkarları dəvət etməyə məcbur olurdular. Belə bir addımı şamaxılı Məhəmmədsəid xan atmışdı. O, dağıdılmış Şamaxıda ipəkçiliyin inkişafı
Kəlağayı ipək sapdan toxunmuş qadın baş örtüyüdür. Şəki və Basqalda toxunan kəlağayılar böyük şöhrət qazanmışdı.
Azərbaycanda geniş yayılmış sənətkarlıq sahələrindən biri də bədii tikmə idi.