Zəngin təbii sərvətlərə malik Azər-
baycan torpağında
tarix boyu kənd
təsərrüfatının, sənətkarlığın, demək
olar ki, bütün
sahələrinin inkişafı üçün
əlverişli şərait olsa da, siyasi hadisələr,
qonşu dövlətlərin arasıkəsilməyən bas-
qınları ölkənin
inkişafına mane olurdu.
Kənd təsərrüfatı. Əlverişli iqlim və münbit torpaqlar Azərbaycanda müxtəlif bitkilər, o cümlədən kətan, küncüt, buğda, arpa, çəltik* və s. yetişdirmək üçün əlverişli şərait yaradırdı. Kənd təsərrüfatında arıçılıq, üzümçülük, bostançılıq, xüsusilə bağçılıq da müəyyən rol oynayırdı. XVIII əsrin ikinci yarısında ayrı-ayrı bölgələr bəzi təsərrüfat sahələri üzrə ixtisaslaşırdı.
Ölkə iqtisadiyyatında mühüm yer tutan ipəkçilik Şamaxı, Şəki, Qarabağ və Naxçıvanda inkişaf etmişdi. Quba və Bakıda əhali əkinçiliklə məşğul olurdu.
Lənkəran xanlığında çəltik və şəkər çuğunduru yetişdirilirdi. Xəzər dənizi və Kür çayı sahillərində yaşayan əhali balıqçılıqla məşğul olurdu.