Bakı qalası digər xanlıqların paytaxtına nisbətən kiçik idi. Bakı
XVIII əsrin ikinci yarısında Azərbaycanda mühüm siyasi və iqtisadi mərkəz kimi şöhrət tapan şəhərlərdən biri də Gəncə idi. Gəncə şəhərinin yerləşdiyi bölgə dəmir, mis, qurğuşun, duz və s. faydalı qazıntı növləri ilə zəngin idi. Bu, sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Gəncə şəhərində hazırlanan sənətkarlıq əşyaları xaricə də ixrac edilirdi.
Bu dövrdə Azərbaycanın ən böyük şəhərlərindən biri də Təbriz idi. Təbrizdən keçən ticarət və karvan yolları bu dövrdə də böyük iqtisadi əhəmiyyətə malik idi.
Müstəqil xanlığın mərkəzinə çevrildikdən sonra Təbriz bir neçə dəfə qonşu xanlıqlar tərəfindən hücumlara məruz qalmışdı. Bu dövrdə qədim Azərbaycan şəhəri İrəvanda nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi.