Rəiyyət divan, mülk və vəqf torpaqlarında yaşayır, onlar üçün ayrılan torpaqları becərir və feodallara, yaxud xəzinəyə vergi ödəyirdi. Öz torpağı olmayan rəncbərlər xanın və digər feodalların mülklərində işləyərək yığılan məhsulun 1/3-ni götürürdülər.
Elatlar maldarlıq təsərrüfatı ilə məşğul idilər. Yaylaq-qışlaq həyat tərzi keçirməklə birbaşa elbəyi adlanan tayfa başçılarından asılı vəziyyətdə olurdular. Onlar xan qoşununun əsas hissəsini təşkil edirdilər. Oturaq əhalidən fərqli olaraq, elatlardan alınan vergi nisbətən az idi.
Azərbaycan xanlıqlarında yenə də əsas vergi malcəhət idi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çöpbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi.
Xanlıqlarda vergilərin toplanması üçün ümumi qayda yox idi. Vergilər hər xanlıqda müəyyən və formalaşmış adətə görə yığılırdı. Bu isə vergiyığanların özbaşınalığı üçün əlverişli şərait yaradırdı. Kəndlilərin ağır güzəranı onların hakim zümrəyə qarşı mübarizəyə qalxmasına səbəb olurdu.
Mirzə Camal Cavanşir Qarabağ. “Qarabağ tarixi”
Necə düşünürsünüz, bütün bu xərclər kimin hesabına
ödənilirdi?
Xanlıqların idarə edilməsi. Xanlıqların idarəetmə sistemi qismən dəyişikliklərlə Səfəvi və Əfşarlar dövlətlərinin idarəetmə sistemi əsasında qurulmuşdu.