Xanlıqların yaranması Azərbay-
canda iqtisadi, sosial və
ictimai mü-
nasibətlərə də öz təsirini göstərdi.
Xanlıqlarda torpaq mülkiyyəti formaları. Xanlıqlar dövründə də mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları vardı. Dövlət torpaqları isə xan ailəsinə məxsus torpaqlara birləşdirilmişdi.
Şərti torpaq mülkiyyəti forması kimi tiyul geniş yayılmışdı. Tiyul xanlar tərəfindən müəyyən şəxslərə vəzifəyə və xidmətə görə verilirdi. Xan bu torpağı verərkən onu xüsusi sənədlə təsdiq edirdi. Tədricən tiyul irsi səciyyə alırdı.
Sosial qruplar. Vergilər. Azərbaycan xanlıqlarında sosial qruplar feodallar, kəndlilər, tacirlər və sənətkarlardan ibarət idi.