Ölkənin şərq sərhədlərində də vəziyyət gərginləşdi. Səfəvi dövlətinin osmanlılarla müharibə aparmasından istifadə edən Şeybanilər Xorasanı işğal etdilər. Səfəvilər dövlətinin iki cəbhədə müharibə aparmağa məcbur qalması böyük ərazi itkilərinə səbəb oldu.