XVIII əsrin 80-ci illərinin so-
nunda Azərbaycanın Qacar
türk
tayfasından olan Ağa Məhəmməd
xan hakimiyyəti ələ alaraq Səfəvi
dövlətinin sərhədlərini bərpa etmək
məqsədilə mübarizəyə başladı.
Yürüşə hazırlıq. Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridən Ağa Məhəmməd xan Qacar 1790-cı ildə Azərbaycanın cənub xanlıqlarını tamamilə tabe etdikdən sonra şimal xanlıqlarını da tabe etməyi qərara aldı. O öz məqsədini gerçəkləşdirmək üçün, ilk növbədə, diplomatik yola əl atdı. Azərbaycan xanlarına, Kartli- Kaxeti çarına fərmanlar göndərdi, ona tabe olmalarım tələb etdi. Bir çox Azərbaycan xanları, eləcə də Kartli-Kaxeti çan fərmanı rədd etdilər.
Quba, Gəncə və Şəki xanları Ağa Məhəmməd xana tabe olmağı qəbul etdilər. Digər xanlıqlar müdafiə hazırlığına başladı. Qalalar möhkəmləndirildi, ərzaq ehtiyatı toplanıldı.
Bu dövrdə xanlıqlarda baş verən saray çevrilişləri nəticəsində və onların siyasi mövqeləri tez-tez dəyişirdi. Bəzi xanlıqlar