Hər bir icma kəndxuda və qazı tərəfindən idarə olunurdu. İdarəetmə şəriət qaydalarına əsaslanırdı.
Camaatın ali orqanı xalq yığıncağı idi. Bütün mühüm məsələlər xalq yığıncağında həll edilirdi. Burada yaşlılarla bərabər, yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Xalq yığıncağında daxili
Azərbaycanın ucqar ərazisində yerləşən Car-Balakən camaatı Şəki xanlığı və İlisu sultanlığı ilə birləşərək bu diyarı yadellilərin hücumlarından qoruyub saxlamaqda mühüm rol oynamışdı. Camaat XVIII əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətə düşmüş, yalnız XVIII əsrin sonlarında müəyyən müstəqillik əldə edə bilmişdi.
Sultanlıqlar. Azərbaycanın şimal-qərb torpaqlarında Car-Balakən camaatından başqa, Qazax, Şəmşəddil, Borçalı, Ərəş, Qəbələ və İlisu sultanlıqları kimi kiçik dövlət qurumları da yaranmışdı.
Borçalı sultanlığı Səfəvi dövlətinin dövründə — XVII əsrin əvvəllərində yaradılmışdı. XVIII əsrdə sultanlığın ərazisinə Borçalı və Loru vilayətləri (indiki Ermənistan Respublikasının şimalı)