Osmanlı dövlətindən asılı olan Krım xanı da 1578-ci ildə şimaldan yürüş edib Şirvana daxil oldu. Səfəvilərin əsas qüvvələri Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başladı. Ağsu çayı sahilindəki Mollahəsən adlı yerdə baş verən döyüşdə Krım xanının qoşunu məğlub oldu, Şirvan azad edildi.
1583-cü ildə Səfəvi qüvvələri Niyazabad döyüşündə Osmanlı- Krım qüvvələrini məğlub edib, Dərbəndə tərəf sıxışdırmağa nail oldu. Az sonra Osmanlı dövləti əlavə qüvvələr yeridərək üstünlüyü ələ keçirdi. Nəticədə, onların mövqeyi Şirvanda və Dağıstanda qəti möhkəmləndi.
Bundan sonra Osmanlı sultanı Şeybani dövlətini şərqdən Səfəvilərə qarşı müharibəyə başlamağa təhrik etdi. Məqsəd Səfəviləri iki cəbhədə müharibə aparmağa məcbur etmək idi.
Yeni ərazi itkiləri. 1585-ci ildə Osmanlı ordusu Səfəvi torpaqlarına yeni yürüşə başladı və Təbrizi ələ keçirdi. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə sülh təklif etdi. Şah Məhəmməd Xudabəndənin oğlu, Səfəvi qoşunlarının baş komandanı Həmzə mirzə* Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. O, şəhəri azad etmək üçün hazırlaşmağa başladı, lakin suiqəsd nəticəsində öldürüldü. Həmzə mirzənin ölümündən sonra Səfəvilər dövlətində