Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasında
dövlətçilik rəmzi - Gəncə xanı Cavad xanın buncuğu
saxlanılır. Buncuq hakimlik səlahiyyətini təsdiq edən
əlamətlərdən hesab olunurdu. Cavad xanın buncuğu at quyruğu
bərkidilmiş taxtadan, başlıq və tük qələmli qotazdan
ibarətdir. Taxta üç ədəd bir-birinə geydirilən konusdan
təşkil olunmuşdur. Ümumi uzunluğu 170 santimetrdir.