XVIII əsrin 50-ci illərində Gəncə xanlığı Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdü.
1780-ci ildə Gəncə xanlığı Qarabağ xanlığı və gürcü çarlığı arasında bölüşdürüldü.
Beləliklə, Gəncə xanlığında ikihakimiyyətlilik yarandı. Bu vəziyyət 1783-cü ilə qədər davam etdi. Yaranmış ikihakimiyyətlilik xalqın narazılığına səbəb oldu. Həmin il Gəncədə baş vermiş üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyuldu. 1786-cı ildə Gəncə xanlığında hakimiyyətə Cavad xan Ziyadoğlu (1786— 1804) gəldi. Cavad xanın həyata keçirdiyi müdrik siyasət Gəncə xanlığının müstəqilliyini möhkəmləndirdi. O, Azərbaycan torpaqlarını — Qazax və Borçalını gürcü təsirindən azad etmək siyasəti yürüdürdü.