Gəncə xanlığının yaranması və ərazisi. Gəncə xanlığının əsasını Qacar tayfasının Ziyadoğlular nəslindən olan Şahverdi xan qoymuşdu. Gəncə ərazi baxımından strateji mövqedə yerləşməklə yanaşı, həm də beynəlxalq ticarətin mərkəzlərindən biri idi. Ona görə də Gəncə daim qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Gürcü çarı II İrakli dəfələrlə Gəncə xanlığına yürüş etmiş