Erməni tarixçisi Aşot İoannisyan
Əhalinin cüzi hissəsini təşkil edən xristianların bu bölgəyə ilk gəlişi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan* Azərbaycanın İrəvan bölgəsinə — Üçkilsəyə (Eçmiədzin) köçürülməsi ilə bağlı olmuşdu.
Katolikosluğun köçürülməsinə qədər bölgədə ermənilərə məxsus heç bir yaşayış məntəqəsi, torpaq sahəsi olmamışdı. Sonralar erməni katolikosları yerli azərbaycanlıların torpaqlarını müxtəlif yollarla ələ keçirərək öz ərazilərini genişləndirdilər.
Ermənistanın əlyazmalar fondu
Matenadaranda saxlanılan 1687-ci il tarixli sənəd
Əhalinin məşğuliyyəti.Sənətkarlıq və ticarət. Azərbaycanın digər xanlıqları kimi İrəvan xanlığının da əhalisi, əsasən, əkinçilik və maldarlıqla məşğul olurdu. İrəvan şəhəri isə Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. İrəvan xanlığının ərazisi müxtəlif ölkələrə gedən ticarət yollarının qovşağında yerləşirdi. Məhz bu səbəbdən İrəvan xanlığı ərazisində çoxsaylı körpülər, karvansaralar, bazarlar və zərbxanalar (metal pul kəsilən yerlər) var idi. Xanlıqda qara pul adlanan yerli mis pullar kəsilirdi. Bundan başqa, Səfəvilər dövləti dövründən qalma pullardan, Azərbaycanın digər xanlıqlarında kəsilmiş pullardan və həmçinin xarici pullardan da istifadə olunurdu.